Qərbi Azərbaycanda sosial media fəalları saxlanılıb
11.03.2024

Qərbi Azərbaycan əyalətində bir neçə sosial media fəalı həbs edilib.

Bu barədə əyalətin baş hakimi Nasir Ətəbati açıqlama verib.

O, saxlanılanların "asayiş və təhlükəsizliyi pozmaq, müqəddəsləri təhqir etmək və böhtan vurmaq"da günahlandırıldıqlarını deyib.

Ətəbati saxlanılanların kimliyi və sayı barədə açıqlama vermədən onlara qarşı cinayət işi açıldığını bildirib.

visiontv.az