Qərbi Azərbaycana qayıdışı əsaslandıran arqumentlər
Qərbi Azərbaycana qayıdışı əsaslandıran arqumentlər
05.01.2023 İbrahim Məmmədov Tərəfindən

İbrahim Məmmədovun təqdimatında "Həftəyə Baxış".

Prezident İ.Əliyevin çıxışında Qərbi Azərbaycana qayıdışı əsaslandıran arqumentlər-

- Azərbaycan xalqının Qərbi Azərbaycan icması bu torpaqlardan Stalinizmin repressiya siyasəti ilə zorla qovulub;

- Həmin ərazidə yaşamış azərbaycanlılar Stalinist-sovet totalitar imperiyasının xalqları əzmək, geosiyasi və geodemoqrafik situasiyanı dəyişmək siyasətinin qurbanı olub;

- Xalqımız torpaqlarına bağlıdır və bu Azərbaycan xalqının iradəsidir;

- Qərbi Azərbaycanın azərbaycanlılara məxsus olmasını və oradan zorla deportasiyasını tarixi sənədlər sübut edir;

- 20-ci əsrin əvvəllərinə aid xəritələr sübut edir ki, bu ərazilər Azərbaycana və azərbaycanlılara məxsus olub;

- Toponimlər - şəhərlərin, kəndlərin adlarının Azərbaycan mənşəli olması da sübut edir ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb;

- Beynəlxalq hüquq Qərbi Azərbaycanlıların qayıdışını hüquqi baxımdan mümkün edir və bu qayıdış hüquqi baxımdan legitimdir.

Prezidentin çıxışında qarşıda duran vəzifələrin nədən ibarət olduğu da göstərilir:

QAYIDIŞ ÜÇÜN QARŞIDA DURAN VƏZİFƏLƏR:

- Azərbaycanlıların öz tarixi və doğma torpaqlarına dinc vasitəlrələ, sülh yolu ilə qayıdışını təmin etmək;

- Dünya ictimaiyyətini Qərbi azərbaycanlıların taleyi ilə bağlı məlumatlandırmaq;

- İşləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparmaq;

- Qərbi Azərbaycan İcmasının daha mütəşəkkil formada fəaliyyət göstərməsini təmin etmək;

- İcmanın xaricdəki fəaliyyətinə xüsusi önəm vermək: sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirmək;

- Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirmək;

- Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurmaq;

- Beynəlxlaq konvensiyalarda təsbit olunmuş hüququmuzu tələb etmək;

- İcmanın tarixi həqiqətlərin, tarixi abidələrin, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycanın tarixi irsinin silinməsi ilə bağlı faktların öz əksini tapdığı mötəbər rəqəmsal platformasını yaratmaq;

- Hüquqi əsaslandırma üçün dövlətin köməyi ilə beynəlxalq hüquqşünasları cəlb edərək, qayıdış hüququnun beynəlxalq müstəvidə necə reallaşdırmağın mümkün olması ilə bağlı konsepsiya, sənəd hazırlamaq;

- Tarix kitablarını yeniləmək. Tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitab bütün dillərə tərcümə edilməli, həm də elektron daşıyıcısı olmalı, xarici dillərə tərcümə edilməli, təbliğat işləri aparılmalıdır;

- Mütəmadi olaraq Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilməli, dost ölkələrdən alimlər, arxeoloqlar, tarixçilər dəvət etmək;

- Qərbi Azərbaycana qayıdış Konsepsiyasının hazırlanması.

 

visiontv.az