Süni intellekt ilk dəfə 81 milyard dollar aktivə sahib dövlət fondunun Direktorlar Şurasının üzvü olub.
Qazaxıstanın dil modeli Alem əsasında yaradılmış SKAI adlı süni intellekt modeli "Samruk-Kazyna" Milli Rifah Fondunun Direktorlar Şurasında səsvermə hüququ ilə iştirak etmək hüququ qazanıb. O, 2008-ci ildən bu yana şura qərarlarını, normativləri və korporativ sənədləri təhlil edərək optimal idarəetmə qərarları təklif edir.
SKAI Qazaxıstandakı ən güclü superkompüter olan Al Farabium üzərində işləyir. Qeyd edək ki, sentyabr ayından etibarən ölkədə Süni İntellekt Nazirliyi yaradılıb. Fondun rəhbəri Nurlan Jaku pov bunu “kvant sıçrayışı” adlandıraraq, rəqəmsallaşmanın artıq idarəetmə fəlsəfəsinin bir hissəsinə çevrildiyini bildirib.
Bundan əvvəl Albaniyada dövlət satınalmalarına cavabdeh olan ilk süni intellekt naziri Diella təyin edilmişdi.
visiontv.az