Qazaxıstan Prezidenti: Bakı Xəzər regionunun incisidir
24.11.2023

Möhtəşəm Bakı şəhərində olmaq mənim üçün çox xoşdur. Mən çıxışımda Bakını Xəzər regionunun incisi adlandırmaq istəyirəm.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Burada heç bir mübaliğə yoxdur, çünki mən bir çox şəhərlərdə olmuşam. Prinsipial olaraq hesab edirəm ki, Bakı geniş beynəlxalq miqyasda ən gözəl şəhərlərdən biridir. Fürsətdən istifadə edərək, indi Azərbaycan ərazisində Sizi və bütün qardaş Azərbaycan xalqını əsrin tarixi hadisəsi – beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq ölkənin ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etmək istərdim. Bu, Sizin güclü və nüfuzlu rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən müdrik siyasətiniz, xalqın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkənizin nüfuzunun artırılması sayəsində mümkün olub. Zənnimcə, bu, həqiqətən tarixi hadisədir və özünü Azərbaycana münasibətdə qardaş, dost hesab edən ölkələrin hamısı buna sevinib”, - o deyib.