Zəncandan olan 37 yaşlı Səid Əzizi 9 yanvar 2026-cı ildə İran rejiminin qüvvələri tərəfindən öldürülüb.
7 və 9 yaşlı iki qız atası Səid Əzizi daşınmaz əmlak agentliyinə sahib idi. O, əvvəllər 10 ildən çox supermarketdə "çatdırılma işçisi" kimi fəaliyyət göstərmişdi.
Məlumatlı mənbələrə görə, o, etirazlar günlərində Zəncan küçələrində olub və hökumət qüvvələri tərəfindən başından vurularaq qətlə yetirilib.
Səid Əzizinin ailəsi onu Zəncandakı əsas qəbiristanlıq olan "Beheşt Zəhra"da dəfn etməmək və maksimum 20 nəfərin iştirakı ilə dəfn mərasimi keçirmək barədə öhdəlik götürdükdən sonra cəsədini təhvil ala biliblər.
visiontv.az