"Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob təşkil olunub - VİDEO
06.11.2026

"Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob təşkil olunub.

Bu barədə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, fləşmob 8 Noyabr – Zəfər Günü münasibətilə  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Şuşa rayonunda  Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilib.

Şuşa şəhərinə köçmüş sakinlərin iştirakı ilə reallaşan fləşmobda işğaldan azad olunmuş Qarabağın dirçəlişi və qalib xalqın ruh yüksəkliyi nümayiş etdirilib.

visiontv.az