"Dünən onlar baş nazir təyin etdilər, bundan öncə seçkilər keçiriblər. Bu gün onlar minalarla həm mülki şəxslərə, həm də polislərimizə terror həyata keçirdilər. Artıq bəsdir. Onlar bizim dialoq çağırışlarımıza rədd cavabı verirdilər. Tədbirlərin əsas mahiyyəti qanunsuz rejimin silahlı qüvvələrin neytrallaşmasıdır. Bundan sonra sülh üçün fürsət yarana bilər. Amma bunun üçün mövcud rejim öncə özünü buraxmalıdır. Əsas hədəf başa çatmaq üzrədir", - ölkə liderinin köməkçisi bildirib.
Hikmət Hacıyev əlavə edib ki, antiterror əməliyyatının Ermənistan əraziləri ilə heç bir əlaqəsi yoxdur.
Visiontv.az