Əli Xameneinin ölümünə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq.
Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildiri.
O əlavə edib ki, "qisasın son mərhələsi" "Qüdsün azad edilməsi" ilə həyata keçiriləcək.
Tehranda keçirilən Xameneinin dəfn mərasimi münasibətilə yayımladığı müraciətdə Qalibaf bildirib ki, iranlılar son dörd ay ərzində "Amerikaya ölüm", "İsrailə ölüm" şüarları səsləndirib, "şəhid imamımızın qatillərindən" qisas tələb ediblər."İslam İranına qarşı təcavüz edənlər və bu torpağın şəhidlərinin, xüsusilə də ümmətin liderinin qatilləri öz əməllərinin əvəzini ödəyəcəklər", – deyə o bildirib.
ABŞ ilə aparılan danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən Qalibaf mübarizənin həm hərbi, həm də diplomatik vasitələrlə davam etdiriləcəyini söyləyib. O, danışıqları İranın "hegemon güclərə" qarşı apardığı daha geniş "sivilizasiya qarşıdurması"nın bir hissəsi kimi qiymətləndirib.
visiontv.az