Hörmüz boğazı yaxınlığında hücuma məruz qalan gəmilərdən biri Qətərə məxsus LNG tankeri olub
07.07.2026

Hörmüz boğazı yaxınlığında hücuma məruz qalan iki kommersiya gəmisindən biri Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankeri olub.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Qəzetin yayımladığı xəbərdə həftəsonu İranın İnqilab Keşikçiləri Korpusunun gəmilərə xəbərdarlıq etdiyi iddia olunan səs yazısına istinad edilir. Həmin səs yazısında belə deyilir:"Raketlərimiz və pilotsuz uçuş aparatlarımız sizə atəş açmağa hazırdır."

Məlumata görə, hücuma məruz qalan gəmi Qətərin LNG sənayesinin dəniz daşımalarını həyata keçirən Nakilat şirkətinə məxsus və onun tərəfindən idarə olunan Al Rekayyat adlı mayeləşdirilmiş təbii qaz tankeridir.

"The Wall Street Journal" bildirir ki, gəmidən yayımlanan radio rabitəsi yazısına əsasən, tanker mühərrik bölməsinin yuxarı hissəsinə yaxın ərazidə sol bortdan zərbə alıb. Nəticədə tüstü və yanğın baş verib, lakin ekipajın bütün üzvlərinin xəsarət almadığı qeyd olunur.

visiontv.az