Ermənistan Pakistana ilk səfirini təyin edib
07.07.2026

Ermənistan Prezidenti bununla bağlı fərman imzalayıb.

 

“Armenpress”in məlumatına görə, fərmana əsasən, Karen Qriqoryan Ermənistanın Pakistanda səfiri təyin edilib.

Karen Qriqoryan Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiridir. Onun iqamətgahı Əbu-Dabidə yerləşəcək.

Bu, Ermənistan ilə Pakistan arasında diplomatik münasibətlərin ötən il – 2025-ci ilin avqustunda qurulmasından sonra İslamabada ilk səfir təyinatıdır. Tərəflər ilkin mərhələdə rezident olmayan səfirlər vasitəsilə diplomatik əlaqələri həyata keçirmək barədə razılığa gəliblər.

visiontv.az