Putinə dedim ki, PKK terrorçuları Azərbaycana qarşı savaşır xəbərin olsun - Ərdoğan
28.10.2020

Putinə dedim ki, PKK terrorçuları Azərbaycana qarşı savaşır xəbərin olsun.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-nin AKP qrup toplantısında deyib.

O bildirib ki, "Putinə qırmızı cizgimizin nə olduğunu söylədim. Cizgi keçilərsə "babamızın oğlu"nu belə tanımarıq. Putinə dedim ki, PKK terrorçuları Azərbaycana qarşı savaşır. Mənə dedi ki, bundan xəbərim yoxdur. Dedim xəbərin olsun. Dedim bunu Paşinyana söylə və lazım olanı et. Etməsiz, biz işimizi bilirik".