“Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə yəqin ki, minlərlə insan yaşayacaq”.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Xocalının Xanyurdu kəndində kəndə köçən bir qrup sakinlə görüşü zamanı bildirib.
“Dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Yəni, yenə də deyirəm, siz buna layiqsiniz”, - Prezident İlham Əliyev vurğulayıb.