Prezident Vyetnam və Laosun yeni səfirlərinin etimadnamələrini qəbul edib
07.02.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edib.

Visiontv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Vyetnamın yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vilavan İyapohenin etimadnaməsini qəbul edib.

Visiontv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Laosun yeni səfirinin etimadnaməsini qəbul edib