Peskov: Dmitriyevin ABŞ nümayəndələri ilə işgüzar əlaqələri davam edir
01.10.2026

Amerika nümayəndələri ilə işgüzar səviyyəli əlaqələr davam edir.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin prezident Vladimir Putinə  ABŞ nümayəndələri ilə təmasları barədə hesabat verdiyini söyləyib.

Peskov qeyd edib ki, Dmitriyev  ABŞ nümayəndələri ilə potensial iqtisadi əməkdaşlığı müzakirə etməyə davam edir: "Rusiya və  ABŞ arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi hər iki ölkə üçün çox faydalı olardı".

Kremlin sözçüsü  ABŞ-ın əvvəlki kimi Rusiya ilə iqtisadi əməkdaşlığın bərpasını Ukrayna münaqişəsinin həlli ilə əlaqələndirməyə davam etdiyini deyib.

visiontv.az