Kreml Kalininqradla bağlı Avropaya nüvə silahı xəbərdarlığını qarşıdurma hesab etmir
01.10.2026

Rusiyanın Kalininqradı blokadaya almaq cəhdlərinin nəticələri ilə bağlı xəbərdarlığı qarşıdurma bəyanatı kimi qəbul edilməməlidir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, xəbərdarlıq  Avropanın davam edən militarizasiyası fonunda edilib.

Qeyd edək ki, rəsmi Moskva əvvəl  Avropa paytaxtlarındakı səfirlikləri vasitəsi ilə NATO-ya Kalininqradı blokadaya alacağı təqdirdə, nüvə silahları da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazır olduqları barədə xəbərdarlıq edib. Daha sonra Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Kalininqradın blokadasına Rusiyanın nüvə cavabının normativ sənədlərdə qeyd olunduğunu bəyan edərək  Avropanı nüvə silahı hədələyib.

visiontv.az