Paşinyanın və oğlunun təklifi seçki piarıdır, populizmdir, mənasızdır. Nikol gözəl anlayır ki, bu, baş verə bilməz, odur ki, Aykanuş xalanın səsini qazanamq istəyir. Reallaşacağına inansaydı, belə təklif verməzdi. Qərb ekspertləri də bu qədər primitiv fəndə böyük önəm verməyəcəklər. Lakin bir nüans var.
Paşinyan yenə də demokratik seçki, "özünü və oğlunu qurban vermək" oyununu oynayır. Bu isə Qərb mediasının diqqətini cəlb edir. Yəni, təklifin özü yox, məhz seçicinin səsini qazanmaq istəyi təqdir edilir. Ermənistanı Rusiyanın ayağı altından xials etməyə çalışan Nikol Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıra bilsə, vaxt gələcək Ermənistanda onun heykəli qoyulacaq.
Visiontv.az