Paşinyan Ermənistanın Azərbaycana ilk ixracını həyata keçirdiyini bildirib
03.09.2026

Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O, detalları açıqlamayıb.

“Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”, - Paşinyan qeyd edib.

Qeyd edək ki, avqustun sonunda Ermənistan xarici işlər naziri  Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü ilə bağlı məlumatların açıqlanacağını bildirib.

visiontv.az