KİV: ABŞ İrana qarşı iqtisadi təzyiqlərə diqqət yetirəcək
03.09.2026

ABŞ Prezidenti Donald Tramp Administrasiyasının əsas nümayəndələri noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkisinə qədər İranla münaqişədə genişmiqyaslı hərbi eskalasiyanın qarşısını almağa çalışırlar.

Visiontv.az  xəbər verir ki, bu barədə "Reuters" agentliyi  Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton seçki bitdikdən sonra da genişmiqyaslı hərbi əməliyyatların bərpasından imtina edə bilər. Hazırkı şəraitdə  Ağ Ev Tehranı  ABŞ-nin şərtləri ilə razılaşdırmaq üçün ona maksimum iqtisadi təzyiq göstərməyə köklənib.

Hazırda genişmiqyaslı silahlı toqquşmaların olmaması  ABŞ Silahlı Qüvvələrinə Yaxın Şərqdə öz hərbi potensialını artırmağa imkan yaradır. Bununla yanaşı, Vaşinqton Tehranın regiondakı  Amerika hədəflərinə vaxtaşırı zərbələr endirə biləcəyini də istisna etmir. Tramp  Administrasiyası  ABŞ Respublikaçılar Partiyasının aralıq seçkisindəki şanslarına mənfi təsir göstərə biləcək ciddi eskalasiyadan qaçmaq məqsədilə bu cür addımlara təmkinli reaksiya vermək niyyətindədir.

visiontv.az