Öz gözündə tiri görməyib, özgə gözündə çöp axtaran BBC-nin fars jurnalistləri...
13.04.2024

Güney Azərbaycan türkləri BBC-ni, əslində bu medyanın fars redaksiyasının “fəailiyyəti” ilə tanıyırlar. Və ilk baxışda tamaşaçılar fars dilində yayımlanan proqramların Tehran rejiminə qarşı yönələcəyi gözləntisində olurlar.

Ən azı ona görə ki, BBC fars redaksiyasında çalışan prodüsserlərin, jurnalistlərin əksəriyyəti İran İslam Respublikası rejiminin zülmündən qaçaraq Avropaya üz tutmağa məcbur olanlardır. Lakin İran İslam Respublikası rejiminin əleyhdarları bu kanala “Ayətullah BBC” titulu verməklə əslində bu mediaya o qədər də güvənmədiklərini göstərirlər. Ona görə ki, sözdə İran rejiminə qarşı fəaliyyət göstərən BBC fars redaksiyası, Tehran rejiminin televiziya kanallarından elə də ciddi fərqlənmir. Bu iddianı sübut etmək üçün sizə bəzi nümunələri təqdim edəcəyik. İlk olaraq SEPAH-ın Qüds qüvvələrinin rəhbəri, İranın xaricdəki terror birliklərini vaxtilə idarə edən Qasım Süleymaninin ABŞ tərəfindən öldürüldüyü günlərdə bu media qurumunda yayımlanan proqramlara nəzər salmaq kifayətdir. Təbii ki, BBC-nin fars redaksiyasının İran rejiminin televiziyaları ilə uyğunlaşdıran, onlarla həmrəy və həmsəs göstərən tək Qasım Süleymaninin öldürülməsi ilə bağlı deyildi. 44 günlük Qarabağ savaşında da biz Tehran mərkəzli İran televiziyalarından və güya bu rejimə qarşı olan London mərkəzli BBC-nin fars redaksiyasından eyni yalanları, iftiraları və  günahlandırmalırı görüb, eşidirdik. Hər iki tərəf eyni sözləri danışaraq Azərbaycana ittihamlar yağdırırdılar. Sanki Azərbaycan Ermənistanla yox, bunlarla savaş halındadır. Əlbəttə cümlədəki “sanki” sözü yersiz də görünə bilər. Belə ki, Azərbaycan işqal olunmuş torpaqlarını azdad edərək yalnız erməniləri yox, dəstəkçilərini də məğlubiyyətə uğratdı. 
BBC fars redaksiyasının əməkdaşlarının çoxu farslardan və bəlli bir sayısı da kürdlərdən təşki olunub. Aşırı irançı farslarla (daha döğrusu Farsçı) PKK terror çətəsinin səmpatizanı olan kürd jurnalistlərini isə yalnız bir hədəf, bir araya gətirə bilər. O hədəf isə Türk düşmənçiliyindən başqa bir şey deyil. Eyni hədəf bu televizyada çalışanlarla Tehran mərkəzli televizyalarda çalışanları bir araya gətirir. Və bunların qorxusu Azərbaycan və Türkiyə başda olmaqla bölgədə Türk dövlətlərin güc qazanmasıdır. 
PKK terror çətəsinin səmpatizanı olan sözdə jurnalistlər bu televizyada yalnız Türkiyəyə qarşı yox, Azərbaycana qarşı da təbliğat aparıb propaqandalar yayırlar. Onlar Türkiyə və Azərbaycanın bir millət iki dövlət gerçəyindən xəbərdardırlar və bu məsələ onları narahat edir. Aşırı irançı (daha döğrusu Farsçı) jurnalistlər isə bir yandan farsçılıq məfkürəsindən qaynaqlanaraq Türk düşmənliyini bir ideologiya kimi qəbul edirlər, bir yandan da bölgədə Türkiyə və Azərbaycanın güclənməsini İranın mövcudluğu üçün təhlükə hesab edirlər. 
Bura qədər qısa olaraq açıqladığım səbəblərin yanına Güney Azərbaycan məsələsini də qoysaq tablo daha anlamlı bir hal qazanar. BBC fars redaksiyasının jurnalisləri (istər fars olsun, istərsə kürd olsun) Güney Azərbaycanın bir gün İrandan qopacağından və Quzey Azərbaycanla birləşəcəyindən qorxurlar. Əslində BBC fars redaksiyasının Türkiyə və Azərbaycana qarşı təxribatlarının ana səbəblərindən biri də budur. Onlar Türkiyə və Azərbaycanı düşmən ölkə hesab edirlər və düşmənə qarşı hər tərəfli təbliğat aparmağı ciddi bir vəzifə hesab edirlər. 
Sözdə İran rejiminə qarşı fəaliyyət göstərən bu televizyada Güney Azərbaycan xəbərləri boykot və ya sensor olur. İranın başa-başından xəbər verən bu televizya, Güney Azərbaycan milli hərakatının məhbuslarının adını belə çəkmir. İran rejiminin qurutmağa çalışdığı Urmu gölü məsələsi haqqında ya təmamən susurlar ya da tam İran televizyaları kimi yerli əhalini və hətta Türkiyəni günahkar göstərməyə çalışırlar.  Hətta efirə çıxartdıqları ekspertləri belə günahkar deyə təqdim elədikləri İran rejiminə toz qondurmurlar. O cümlədən eynən Tehran televizyaları kimi Güneyin Qərbi Azərbaycan əyalətindən söz açdıqda Azərbaycan sözünü dilə gətirməkdən imtina edirlər. Bu ərazilərdə yaşayan sakinlərin böyük çoxunluğunun Azərbaycan türkləri olduğuna baxmaraq bölgəni bir kürd əyaləti kimi təqdim etməyə çalışırlar.  
İllər boyu milyonlarla Güney Azərbaycan türkünü boykot ve sensor edən BBC fars və BBC rus bölümündə Azərbaycana qarşı yazılmış bir mətni farscaya tərcümə edərək öz səfhəsində paylaşıb. Qeyd olan yazıda Azərbaycan cəmiyyətinin təxminən yüzdə birindən belə 4 qat azını təşkil edən tatların güya haqlarının qorunmamasından danışılır. Yaxşı o zaman Tehran rəsmilərinin də ara-sıra dilə gətirdikləri kimi yüzdə yetmişdən artıq qeyri-fars millətlərinin haqlarından niyə bu günə qədər heç bir yazı paylaşmayıblar? 
Nədən İranda təxminən 40 milyon türkün insani haqlarının pozulduğundan söz açmırlar? 
Nədən söz Azərbaycan və Türkiyə olduğunda guya muxalif olduqları İran rejiminin medası ilə eyni sözləri danışırlar? 
Bu kimi sorğuların sayı olduqca çoxdur. Amma bu sorğulara BBC fars medyası yox, biz özümüz cavab tapmalıyıq. Çünki onlar cavab verməyəcək. Biz bu cavabları tapsaq BBC fars redaksiyasını Azərbaycan və Türkiyəyə qarşı apardığı təbliğatların əsas səbəbini bilmiş olacağıq. Ancaq son söz olaraq “Ayətullah BBC”nin qərəzli jurnalislərinə bir türk atalar məsəli çəkmək istəyirəm. Bizim atalarımız deyib ki : Öz gözündə tiri görmür, özgə gözündə çöp axtarır.

Yazıçı-araşdrımaçı Məmməd Rəhmanifər

visiontv.az