5.08.2020
Axtar
Ölkə
alt

Övladını Türkiyədən gətirməyə maddi imkanları yoxdur-deputat Fazil Mustafa

AZAL-ın İstanbul üzrə uçuşlarının bərpa olunması sevindirici oldu.

Aylardır çətin durumda qalan vətəndaşlarımız üçün bir ümid yarandı. Ancaq sevindirici olmayan budur ki, tələbələr üçün 30% güzəşt nəzərdə tutulub. Fikrimcə hökumət ehtiyat fonndlarında tələbələrin ödənişsiz gətirilməsi üçün vəsait ayırmalıdır. Əgər bir biletin on-line qiyməti 375 manatdan yuxarıdırsa, bunun 30%-i 200 manatdan yuxarı olur. Aylardır pulsuz-parasız Türkiyədə qalmağa məhkum olmuş tələbənin bu qədər vəsaiti haradandır? On-on beş tələbənin valideynlərinin bu vəsaiti ödəmək imkanı ola bilər, ancaq yüzlərlə tələbəyə bunu şamil etmək yanlışdır. Bu barədə dərhal qərar verilməlidir, tələbənin hələ ayrı-ayrı şəhərlərdən İstanbula gəlməsi, testdən keçməsi də az məsrəf etmir.

Bu yükü ayrı yerdən gəliri olmayan tələbənin üzərinə qoymaq olmaz. Bununla bağlı onlarla valideyndən müraciət almışam, araşdırıb görürsən ki, özləri güc-bəla ilə dolanan bu insanların övladını Türkiyədən gətirməyə maddi imkanları yoxdur. Hökuməti bu məsələyə aydınlıq gətirməyə çağırıram.

Visiontv.az

Şərh