Rusiya ABŞ-də keçiriləcək G20 sammitində iştirakını təsdiqlədi
24.11.2026

Rusiya dekabrın ortalarında ABŞ-də təşkil olunacaq "Böyük iyirmilik"(G20) sammitində iştirak edəcək. Amma Moskva hələlik nümayəndə heyətinin rəhbərini və tam tərkibini müəyyən etməyib.

Visiontv.az  bildirir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində Rusiya  Xarici İşlər Nazirliyinin G20 və  Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) üzrə xüsusi tapşırıqlar səfiri Marat Berdıyev məlumat verib.

Səfir qeyd edib ki, heyət yüksəksəviyyəli rəsmilərdən ibarət olacaq: "Nümayəndə heyətinin rəhbəri və heyətin tərkibi üzərində işləyirik. Lakin sammitdə mütləq şəkildə iştirak edəcəyimiz dəqiqdir".

Xəbərdə bildirilir ki, Rusiya lideri Vladimir Putinin sözügedən sammitə gedib-getməyəcəyi isə açıq qalır. Bu barədə qərarın ölkə başçısının Çinə  APEC sammitinə səfərindən sonra qəbul ediləcəyi bildirilirdi. Məsələ hələ də gündəmdədir və hazırlıq işləri fəal şəkildə aparılır.

visiontv.az