İran Məhkəmə Hakimiyyətinin sözçüsü Əli Kazımi bildirib ki, molla Məhəmməd-Baqir Xərrazi həbsdədir və onun işinə Din Xadimləri üzrə Xüsusi Məhkəmədə baxılır.
Kazıminin sözlərinə görə, Xərraziyə qarşı hələ ki, ittiham irəli sürülməyib.
Xərrazi özünü Hizbullahın İran qolu adlandıran təşkilatın baş katibi və İran ali rəhbəriMüctəba Xameneyinin kiçik qardaşının qayınıdır.
Bununla yanaşı, Xərrazi bir müddət öncə Prezident Məsud Pezeşkianın ünvanına səsləndirdiyi kəskin bəyanatlarla diqqət mərkəzinə düşmüşdü.
O, Pezeşkian hökumətinin "sonadək tab gətirə bilməyəcəyini" iddia etmiş, hər şəhərdə təxminən 250 min nəfərlik "çıxışa hazır" mütəşəkkil dəstələrin yaradılmasına çağırış etmişdi.
O, həm də Pezeşkianı dəfələrlə istefaya səsləyib və Müctəba Xameneyidən prezidentin addımlarına kəskin reaksiya verməsini tələb edib.
visiontv.az