Nazirlik Kino Agentliyinə rəhbər təyinatı ilə bağlı işlər aparır
07.02.2023

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyətə başlaması üçün müvafiq işlər aparılır.

Visiontv.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildirilib.

“Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsin ən qısa zamanda fəaliyyətə başlaması üçün nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir, o cümlədən quruma rəhbər təyinatı, onun strukturunun təsdiq olunması, maddi-texniki baza ilə təmin edilməsi və s. istiqamətlərdə müvafiq işlər görülür”, – məlumatda vurğulanıb.