Türkiyədə “Narkoçelik-2” əməliyyatlarında 227 nəfər saxlanılıb
Videonu Aç
23.02.2024

Türkiyə Daxili İşlər naziri Əli Yerlikaya 46 bilayətdə narkotik istehsal edən və satanlara, küçə alverçilərinə qarşı keçirilən “Narkoçelik-2” əməliyyatında 227 şübhəlinin saxlanıldığını bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, “Narkoçelik-2” əməliyyatının əyalət polisindən 498 qrup, 1590 personal və 24 narkotik axtaran itin iştirakı ilə Adana, İstanbul və Ankara daxil olmaqla 46 vilayətdə həyata keçirildiyini bildirib. 

Əməliyyatlar zamanı 983 kiloqram narkotik və 92 min uyuşdurucu həb ələ keçirildiyini bildirən Yerlikaya, 227 zəhər taciri və küçə satıcısının saxlanıldığını qeyd edib. 

İlahə Əliyeva