ABŞ-İran və İsrail müharibəsi ilə əlaqədar ölkənin müxtəlif bölgələrində daha 102 nəfər saxlanılıb.
Bu barədə İran mediası məlumat yayıb.
"Onlar hökumətə müxalif qruplarla əlaqədə", "hava hücumu edilən yerlərin və insanların həbs olunduğu anların görüntülərini xaricdəki media qurumlarına göndərməkdə" ittiham olunublar.
Bununla yanaşı onlar "həssas hərbi və mülki mərkəzlərin foto və video çəkərək düşmən şəbəkələrinə göndərilməsi üçün əvvəlcədən planlaşdırmış fəaliyyət"də günahlandırılıblar.
Həbs edilənlərin kimliyi barədə açıqlama verilməyib.
visiontv.az