Hindistan yeddi ildən sonra ilk dəfə İran nefti alacaq
09.04.2026

Hindistan bu həftə yeddi ildən sonra ilk dəfə olaraq İran nefti qəbul etməyə hazırlaşır.

Bu tədarük ABŞ-ın İran nefti və neft məhsullarına tətbiq etdiyi sanksiyaların müvəqqəti yumşaldılmasından sonra baş verir. Məqsəd təchizat çatışmazlığını aradan qaldırmaqdır.

Hindistanın neft nazirliyi ötən həftə bildirib ki, Yaxın Şərqdəki müharibə Hörmüz boğazı vasitəsilə nəqlə təsir göstərdiyi üçün emal müəssisələri İran nefti alıblar.

visiontv.az