İranda həbsxanalarında məhbuslar aclıq aksiyasına başlayıb
09.04.2026

Son günlər İranda 6 siyasi məhbusun edam edilməsindən sonra Tehranın Evin və Kərəcin Qızılhisar həbsxanaları başda olmaqla bir neçə həbsxanada saxlanılan məhbuslar aclıq aksiyasına əl atıblar.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, aksiya, siyasi məhbusların edam edilməsinə etiraz olaraq və ölüm hökmlərinin icrasının dayandırılması tələbi ilə aprelin 7-də başlayıb.

Qeyd edək ki, ötən həftə yanvar etirazları zamanı həbs olunan 4 nəfər və tehran rejiminə müxalif təşkilatların iki üzvünün edam hökmü icra olunub.

visiontv.az