Mörfi qanunu: təsadüf yoxsa alqoritm?
17.08.2025

1949-cu ildə raket mühəndisi Edvard Mörfi keçirdikləri sınaqlarda baş verən uğursuzluqları izah etməyə çalışarkən belə bir fikir səsləndirdi: Xəta baş vermə ehtimalı olan hər şeydə mütləq xəta baş verəcək.

Sonrakı illərdə bu fikir insanlar arasında Mörfi qanunu olaraq məşhurlaşdı. Çünki bir çox real müşahidə insanları bu fikrin doğru olma ehtimalına inandırdı.

Son illərdə isə həyatın simulyasiya olma ehtimalına inanlar bunun əslində sistemin bir alqoritmi ola biləcəyini iddia edirlər. Onların fikrincə bu xətalar insan həyatını mükəmməllikdən uzaqlaşdırıb, səhvlərlə zəngin bir oyuna çevirir. Əslində bunun həyatın simulyasiya olduğuna sübutlardan biri olduğunu deyirlər.

Məşhur nümunələr: əlinizdən yaxmac yerə düşərsə döşəməyə mütləq yağlı tərəfi düşəcək, əgər növbədə və ya tıxacda sıranızı dəyişirsinizsə o sıra daha ləng hərəkət edəcək, avtomobili yuduğunuz zaman yağış yağacaq və s. Sizin də başınıza gəlir? 

Bir 1 nəfər və çovdar çörəyi şəkili ola bilər

Neandertal

visiontv.az