İranın ali rəhbəri Əli Xameneyi Məhəmməd Peyğəmbərin qızı Həzrət Fatimeyi Zəhranın mövludu münasibəti ilə keçirilən mərasimdə çıxış edib.
O, ölkənin inkişaf etdiyini iddia edərək deyib: “Allahın lütfü ilə İslam Respublikası inkişaf edir. İran xalqı gündən-günə İslamın möhkəmlik, güc, həqiqət, saflıq, xeyirxahlıq və ədalət axtarışı olduğunu nümayiş etdirir”.
Xameneyinin “inkişaf” açıqlamasına baxmayaraq, ölkədə yüksək inflyasiya, dərinləşən yoxsulluq, işsizlik, sanksiyalar fonunda əhalinin sosial vəziyyətinin ağırlaşması ilə bağlı rəqəmlər gerçəyi gizlətmir. Bununla yanaşı, son illərdə miqrasiya dalğası və iqtisadi narazılıqların artması da ictimai qınağın əsas mövzularından biridir.
visiontv.az