Mnatsakanyan sükutu pozdu - “Mən və ailəm...”
24.11.2020

Mən və ailəm Ermənistan Respublikasında yaşayırıq və yaşayacağıq.

Visiontv.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib:

O, Ermənistanı tərk etmək fikrində olmadığını bildirib: “Sarı mətbuatın tirajladığı dedi-qoduya diqqət yetirməyə məcbur oldum. Saxta xəbər alqı-satqısı ilə məşğul olanları məyus etməliyəm, mən və mənim ailəm Ermənistan Respublikasında yaşayırıq və yaşamağa davam edəcəyik. Ermənistanı hər hansı formada və ya statusda tərk etmək niyyətim və istəyim yoxdur.

Və mənim personamla maraqlananlara çağırış edirəm – bu gün mənim və ailəm haqqında dedi-qodu etməkdən daha vacib məsələlər var”.