Min Aun Hlayn Myanma prezidenti seçilib
03.04.2026

Myanma İttifaq Assambleyasının (parlamentinin) nümayəndələrindən ibarət Seçicilər Kollegiyası bu gün Min Aun Hlaynı ölkənin prezidenti seçib.

Bu barədə  "Xinhua" agentliyi məlumat yayıb.

Min  Aun Hlayn 584 deputatdan 429-nun səsini qazanıb. O, dövlət başçısı postuna irəli sürülmüş üç namizəddən biri olub. Digər iki namizəd ölkənin vitse-prezidentləri olub.

Qeyd edək ki, Min  Aun Hlayn 2011-ci ildən Myanma silahlı qüvvələrinə rəhbərlik edib və prezident postuna keçidlə əlaqədar baş komandan vəzifəsindən istefa verib.

visiontv.az