Aprelin 3-də Günəşdə sonuncudan əvvəlki güc sinfinə aid yeni partlayış qeydə alınıb.
Visiont.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Aprelin 3-də Moskva vaxtı ilə saat 10:56-da (Bakı vaxtı ilə saat 11:56) 4009 günəş ləkələri qrupunda (N01E07) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
visiontv.az