Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə göndərdi
03.04.2026

Avstraliya Xüsusi Hava Desant Xidməti (SAS) bölmələrini Yaxın Şərqə göndərib.

 Bu  barədə “Deyli Telegraf” nəşri məlumat yayıb.

Məlumata görə, 90 nəfərlik heyət Dubay yaxınlığındakı Əl-Minhad aviabazasına yerləşdiriləcək.

“Qoşunlar  ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etməyəcək, lakin diplomatların bölgədən təcili təxliyəsi ilə məşğul olacaq”, - məlumatda qeyd olunub.

visiontv.az