Bağdadda amerikalı qadın jurnalistin qaçırıldığı bildirilir
03.04.2026

CNN telekanalının milli təhlükəsizlik üzrə analitiki bildirib ki, dostu Şelli Kitlsonun qaçırıldığını və hazırda Bağdadda girov saxlanıla biləcəyini təsdiqləyə bilər.

İraqın əl-Sumaria telekanalı isə jurnalistin qaldığı hotelin yaxınlığında naməlum şəkildə yoxa çıxdığını qeyd edib.

ABŞ Dövlət Departamenti yayımladığı bəyanatda İraqda amerikalı jurnalistin qaçırılması faktını təsdiqləyib. Bəyanata görə, qaçırılma ilə bağlı saxlanılan şəxsin İran tərəfindən dəstəklənən “Kətaib Hizbullahı” silahlı qrupu ilə əlaqəsinin olduğu açıqlanıb.

ABŞ dövlət katibinin qlobal məsələlər üzrə köməkçisi Dilan Conson “X” hesabında yazıb ki, Vaşinqton jurnalistin ən qısa zamanda azadlığa buraxılması üçün Federal Təhqiqat Bürosu (FBI) ilə sıx əməkdaşlıq edir.

visiontv.az