Məşhurların Ramazan PAYLAŞIMLARI
Məşhurların Ramazan PAYLAŞIMLARI
23.03.2023 MEDİA Tərəfindən

Yusuf İslam, Maher Zain, Sami Yusuf, amerikalı müğənni SZA və amerikalı model Bella Hadid də daxil olmaqla bir çox məşhur sənətçi şəxsi sosial media hesablarında Ramazan ayı ilə bağlı paylaşımlar edib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, britaniyalı sənətçi Yusuf İslam, instaqram hesabında 2018-ci ildə ifa etdiyi "Ramazan Ayı" mahnısı ilə Ramazan ayının mənasını açıqlayan məlumatlara yer verib.

Livan əsilli İsveçli R&B müğənnisi Maher Zain, İnstaqram səhifəsində Ramazan ayının bütün bəşəriyyətə bərəkət gətirməsini diləyib. 

Britaniyalı sənətçi Sami Yusuf isə İnstaqramda Ramazan bayramı arzularının yer aldığı video paylaşaraq "Hamınıza sevgi, xoşbəxtlik və firavanlıq arzulayıram" deyə bildirib. 

Sami Yusuf - Biography, Age, Facts, Family, Son, Wife

İlahə Əliyeva