Məşhur şəxs qocalar evində vəfat etdi
17.07.2024

Türkiyənin məşhur rejissoru Yıldırım Yanılmaz vəfat edib.

BAKU.WS xəbər verir ki, o 78 yaşında qocalar evində dünyasını dəyişib. Rejissor Karesi bələdiyyəsində aid qocalar evində qalırmış.

Onun vəfatı ilə bağlı xəbəri dostu Ferdinand Haralanbidu yayıb.

"Teatr və kino aktyoru, rejissor, prodüser, gözəl insan Yıldırım Yanılmaz Balıkesirdəki qocalar evində vəfat edib. Bu kədərli xəbəri bir az əvvəl oradakı rəsmilər mənə zəng edərək dedilər. Qəmim sonsuzdur... yaxşı ki, bir həftə əvvəl onu ziyarət etmişdim. Onunla son görüşümüz oldu. Allahdan ona mərhəmət diləyirəm. Yeri Cənnət olsun. Nur içində yatsın. Allah sevənlərinə, dostlarına səbr versin... Səni unutmayacağam".

Xatırladaq ki, Yıldırım Yanılmaz yanvarən 18-də 1946-cı ildə Zonguldakda doğulub.

Karyerasına 1969-cu ildə “Bir Türk’e Gönül Verdim” filmi ilə başlayıb.

Bundan başqa “Ölüm Oyunu”, “Aptallık Rekoru” kimi ekran işlərinin də rejissorluğunu edib. 

BAKU.WS