Mənim həqiqətlərim: İstənilən saytı göstərin, xəbərdən tutmuş, analitik yazılara qədər, 50 faizdən çoxu feykdir
Mənim həqiqətlərim: İstənilən saytı göstərin, xəbərdən tutmuş, analitik yazılara qədər, 50 faizdən çoxu feykdir
24.03.2025 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Demokratiya adlı proje artıq heç yerdə isləmir. Nə ABŞ-da, nə Qərbdə nə də heç yerdə. İndi iki tərəf var. Xəyanətkarlar və sadiqlər. Dövləti, milləti qorumağın yeganə yolu sadiqlərin çoxluğunu təmin etməkdir.

***

Guya hansı xəbəri düz yazırıq ki indi də sevincək İlon Maskın xəbərini feyk adlandırırıq. Əslində feyk olsa da ən zərərsiz xəbər elə odur.

P.S. İstənilən saytı göstərin, xəbərdən tutmuş, analitik yazılara qədər 50 faizdən çoxu feykdir.

***

Güney Azərbaycan Milli Hərəkatı Tehran rejiminin Urmu üçün həyata keçirmək istədiyi planı pozdu. Əli işarəsini, boz qurd işarəsinə dəyişdi.

***

Bayden prezidentliyinin son günlərində özü də daxil bütün qohum-əqrabasına, dost-tanışlarına amnistiya elan etmişdi. Tramp da Co Bayden, Kamala Harris və Hillari Klinton da daxil olmaqla ən azı 15 şəxsin təhlükəsizlik təminatını ləğv edir.

***

Oqtayı itirməyimizdən 2 il keçdi. Nə telefon nömrəsini pozmuşam, nə də Feysbuk hesabını. Bəzən Qərbi Azərbaycanla, İrəvanla, Təpəbaşı məhəlləsi ilə bağlı hansısa bir sualım olanda çaşıb az qalıram zəng vuram.

Heyif, elimiz, obamız üçün dəyərli bir ziyalımızı itirdik. Allah rəhmət eləsin.

***

Zalım uşağı İmamoğlu gəlib sənin əvəzinə müxalifətçilik etməyəcək. Azərbaycanda 10 adamı ardınca apara bilmir, burdan Turkiyəyə İmamoğluna deyir ki, qorxma yanındayam.

***

Ərdoğan Novruz bayramını Türkiyənin rəsmi bayramı edir. Prezident kimi təklifi parlamentə təqdim edəcəyini dedi.
Tehran partdamıya düşəcək.

***

Sosial və peşəkar mediada Türkiyəni hədəfə alan təbliğatın müəllifi görəsən kimdir?

Görəsən Türkiyədən başqa hansı qonşumuz bizi müstəqil dövlət kimi görmək istəyir?

Mən öz ölkəsinin gələcəyini rusla, farsla bir yerdə görənlərin məntiqini səmimi deyirəm heç cür anlaya bilmirəm. Hansı ağılla Rusiyanı, İranı Azərbaycana müttəfiq hesab edirlər. 200 ildir bizim başımıza oyunu bu iki dövlət açmır?

***

Feysbukada olan dostlarımın Bayramını təbrik edirəm.

Şadlıq etmək, sevinmək, özümüzü xöşbəxt hiss etmək hamımızın haqqıdır. O yoxdur, bu yoxdur, hansı günümüzə deyib pessimist olmayın. İl ərzində sayılı günlər olsa da bu haqdan acığa yararlanın.

***

ABŞ deyir mən Türkiyənin daxili işinə qarışa bilmərəm. Deməli hoqqanı verən Avropanın sol liberllarıdır. Dünən də yazdım, yenə deyirəm Serbiya və Macarıstandan sonra sözə baxmayan Ərdoğana təzyiq etməyə cəhd edirlər. Avropanın axsaq liderləri gəlib Ərdoğanla görüşdülər, Rusiya ilə münaqişəyə cəlb etmək istədilər, öz istəklərini Türkiyə vasitəsilə həyata kecirməyə çalışdılar. Görünür Ərdoğan razı olmayıb. Düz də edib. Aranı qatan onlar savaşmaq lazım olanda Türkiyə. Kecməz. Ona görə çabaları nəticə verməyəcək.

P.S. Mən Ukraynanın qalıb gəlməyini istəyirəm. Türkiyənin savaşa qoşulmasını yox. Ukraynanı da bu müharibəyə kim soxubsa o da əziyyət çəkib gedib vuruşsun. Kənardan dəstəyi Türkiyə, elə Azərbaycan zatən verir. Və o dəstəkdən kənar addım atmaq bizə görə deyil.

***

Tramp prezident seçiləndən sonra ABŞ və Avropanın demokratiya adına dünyanın başına açdığı oyunları açıq-aşkar nümayiş etdirməsi bunlara dərs olmadı. Hələ də Türkiyədə baş verənləri demokratiyaya zərbə, nə bilim müxalifətə qarşı repressiya kimi qələmə verirlər. ABŞ və Avropanın himayəsində olan PKK Türkiyəyə təslim oldu. Növbə bu terror təşkilatı ilə həm siyasi, həm də ticari alış-verişi olanlara çatıb. Türkiyə bu qüvvələrdən təmizlənir. Və təmizlənməlidir.

P.S. İmamoğluna gəldikdə, günahı yoxdursa azad olunacaq. Yox varsa deyirsiniz "demokratiya" naminə PKK ilə əməkdaşlıq edən birini Türkiyəyə prezident seçsinlər?

***

İmamoğlunun həbsi demokratiya söhbətinə oxşamır. Silahı yerə qoyan PKK bəlkə gizli ortaqlarını təhvil verməyə başlayıb?

Şöhrət El-Dəniz

visiontv.az

 



Gündəlik

slide 7 to 10 of 8