Malayziyada iki neft tankeri və gəmi heyəti saxlanıldı - Aralarında Rusiya vətəndaşları da var
13.04.2026

Malayziya hüquq-mühafizə orqanları qeyri-qanuni yanacaq nəql etməkdə şübhəli olan iki neft tankerini ələ keçirib.

 Bu barədə  "Bernama"  informasiya agentliyi  Malayziya  Dəniz  Hüquq  Mühafizə  Agentliyinin rəsmi açıqlamasına istinadla xəbər verib.

Qurumun açıqlamasına görə, sözügedən tankerlər Penanq ştatının Baqan Əcəm bölgəsində heç bir rəsmi icazə olmadan bir-birinə yan aldığı üçün şübhəli bilinərək dayandırılıblar.

Agentliyin hesablamalarına əsasən, əməliyyat zamanı müsadirə olunan yanacağın ümumi həcmi təqribən 800 min litr təşkil edir.

Həyata keçirilən xüsusi əməliyyat çərçivəsində gəmilərdə olan 22 nəfərlik heyət saxlanılıb. Onların arasında Rusiya, Malayziya, Myanma, Filippin və İndoneziya vətəndaşları yer alır.

visiontv.az