Avstraliya tələb olarsa Hörmüz missiyasında iştiraka hazırdır
13.04.2026

Hökumət qərar verəcəyi təqdirdə Avstraliyanın hərbi-dəniz qüvvələri Hörmüz boğazının yenidən açılması üçün beynəlxalq səylərə qoşulmağa hazırdır.

Bunu ölkənin yeni müdafiə qüvvələrinin rəhbəri Mark Hammond bildirib.

O qeyd edib ki, qüvvələr belə bir missiya üçün hazır vəziyyətdədir, lakin hələlik heç bir rəsmi müraciət daxil olmayıb.

“Donanma hər zaman olduğu kimi hazır durumdadır,” – deyə o bildirib.

“Bu məsələdə iştirak hökumətin qərarından asılıdır və yalnız rəsmi müraciət olarsa nəzərdən keçiriləcək. Hazırda isə belə bir müraciət yoxdur.”

visaiontv.az