Makron Yaxın Şərqdəki gərginliyə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı
17.03.2026

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərq regionunda və İranda baş verən son hadisələri dəyərləndirmək məqsədilə ölkənin Müdafiə və Milli Təhlükəsizlik Şurasının toplantısını çağırıb.

Bu barədə məlumatı Fransanın  BFMTV  telekanalı yayıb.

Bildirilib ki, sözügedən iclas martın 17-də baş tutacaq. Toplantının dəqiq gündəliyi barədə mətbuata hər hansı açıqlama verilməyib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra  ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın  Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran  ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket  zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

visiontv.az