İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Trampın iranlıları kütləvi etirazlara çağırmasına sərt reaksiya verib.
Laricani Trampın “Truth Social” platformasındakı açıqlamasının təsvirini “X” hesabında paylaşaraq yazıb: “İran xalqının əsas qatillərinin adlarını açıqlayırıq:
1. Tramp
2. Netanyahu”.
Bu açıqlama Trampın dünən sosial media paylaşımında yazdığı mesajdan sonra gəlib. Tramp mesajında iranlı vətənpərvərləri etirazlara davam etməyə və dövlət binalarını ələ keçirməyə çağırıb, habelə, “Qatillərin və təcavüzkarların adlarını unudun. Onlar bunun bədəlini ağır ödəyəcəklər” ifadəsini işlədib.
visiontv.az