Milli Məclisdə qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti müzakirə olunacaq.
Bununla bağlı məsələ parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.
Komitə sədri Fazil Mustafa komitənin bugünkü iclasında bildirib ki, payız sessiyası ərzində bu mövzuda keçiriləcək dinləmədə QHT-lərin fəaliyyətindəki problemlər müzakirə olunacaq:
"QHT-lərin fəaliyyətindəki mövcud problemlər daha çox vətəndaş cəmiyyəti institutlarının təkmilləşdirilməsi baxımından təşəbbüslərə ehtiyac yaradır".
visiontv.az