Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb
01.04.2026

Bu gün Rusiya-Ermənistan Münasibətləri Günüdür.

Bunu  Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. 

Onun sözlərinə görə, bu gün Ermənistanın Baş naziri  Nikol Paşinyan Moskvada işgüzar səfərdə olacaq.

"Bu gün Rusiya-Ermənistan danışıqları keçiriləcək. Daha sonra iki lider, Putin və Paşinyan, işgüzar səhər yeməyində təkbətək müzakirələrini davam etdirəcəklər. Buna görə də bu gün  Rusiya-Ermənistan Münasibətləri Günüdür", - Kremlin sözçüsü qeyd edib.

visiontv.az