Koronavirusla mübarizə üçün Kubadan Azərbaycana mütəxəssislər gələcək
10.07.2020

“Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur.

Visiontv.az xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Kuba dünya miqyasında zəngin tibbi təcrübəyə malikdir. Həmçinin, epidemiya və pandemiyaya, xüsən Ebolaya qarşı mübarizədə çox zəngin təcrübəsi var:

“Kuba ilə Azərbaycan arasında dostluq münasibətləri var və ölkələrimiz arasında imzalanmış müvafiq sənədə uyğun olaraq Kubanın mütəxəssisləri də Azərbaycana gələcəklər”.