Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı sutka ərzində 54 nəfər artaraq 1 460-a çatıb.
Visiontv.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi məlumat yayıb.
Ebola virusundan həyatını itirənlərin sayı əvvəlki sutka ilə müqayisədə 9 nəfər çoxalaraq 447-yə yüksəlib. Ölüm göstəricisi isə 30.6% təşkil edir.
Hazırda xəstəxana və tibbi izolyatorlarda 595 xəstə müalicə alır. Virusdan tam sağalanların sayı 213 nəfərdir.
KDR rəhbərliyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə tibb tarixində ilk dəfə olaraq hazırkı epidemiyanın törədicisi olan Ebola virusunun Bundibucio növünə qarşı dərmanların klinik sınaqlarına başlayıb. Sınaqlardan üç etiotrop virus əleyhinə preparat keçirilir. Bunlar peyvənd deyil və birbaşa orqanizmdə virusun məhv edilməsinə, eləcə də yatırılmasına yönəlib.
Qeyd edək ki, Ebola qızdırmasının hazırkı epidemiyası mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Virusun yayılma mərkəzi Konqonun İturi əyalətidir.
visiontv.az