Kobaxidze ATƏT sədri ilə görüşü ləğv etdi
16.10.2025

"Mən Tbilisidə, parlament binasının qarşısındayam. Yavaş-yavaş dinc nümayiş toplanır. Çoxları AB və NATO bayraqlarını dalğalandırır, məncə Finlandiya bayrağı, ən əsası isə Gürcüstan bayrağı.

Səbəb odur ki, bu insanlar bu ölkənin tutduğu istiqamətdən, söz və sərbəst toplaşma azadlığından başlayaraq insanları fundamental azadlıqlardan məhrum etməsindən narahatdırlar. Söz yox ki, bu insanlar bütün bu hüquqlara layiqdirlər və biz onları dəstəkləmək üçün buradayıq".

Gürcüstanın baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşünü ləğv edib.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Dünənki qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayması səbəbindən baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılan görüşü ləğv edib".

visiontv.az