KİV: ABŞ ordusu blokadanı keçməyə çalışan səkkiz tankeri saxlayıb
15.04.2026

ABŞ ordusu İranın dəniz blokadasının başlanmasından bəri bu ölkənin limanlarına daxil olmağa və çıxmağa cəhd edən səkkiz neft tankerini ələ keçirib.

 Bu barədə "The Wall Street Journal" nəşri  ABŞ  Administrasiyasının adı açıqlanmayan yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri kommersiya gəmiləri ilə radio rabitə vasitəsilə əlaqə saxlayıb və istiqaməti dəyişdirmək göstərişi veriblər.

Nəşr qeyd edir ki, saxlanılan bütün tankerlər  ABŞ hərbçilərinin tələblərinə tabe olublar.

"The Wall Street Journal" vurğulayıb ki, İranın dəniz blokadasına 15 gəmi və bir neçə min hərbi qulluqçu cəlb edilib.

visiontv.az