“Keşikçidağ”da təxribatların qarşısı qətiyyətlə alınacaq – DSX
04.06.2020

İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunmuşdur. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirir.

Visiontv.az xəbər verir ki, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılmışdır.

Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.