"İstəyirik ki, Zelenski razılığa gəlsin"
21.10.2026

ABŞ prezidenti Donald Tramp oktyabrın 20-də bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə razılaşma bağlayaraq Moskvanın başladığı müharibəyə son qoymasını istəyir.

"İstəyirik ki, Zelenski razılığa gəlsin. O, bunu edə bilər", – Tramp Ağ evdə jurnalistlərə deyib.

ABŞ prezidenti Zelenski barədə sözlərinə belə davam edib: "O, özü saziş bağlamağa istəkli olmalıdır, çünki məncə, xalqı artıq buna dözməyəcək".

Tramp müharibədə üstünlüyün Moskvanın tərəfində olduğunu vurğulayıb: "Rusiya nəhəng bir maşındır: o, sadəcə dayanmadan irəliləyir və çox böyük əraziləri ələ keçirə bilib".

Son həftələr Kiyevlə Vaşinqton arasında münasibətlər pisləşib. Bundan əvvəl D.Tramp Rusiya prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükünə dair razılaşma əldə etmək üçün Moskvaya qarşı sanksiyaların bir hissəsini ləğv edib.

visiontv.az