İranın Kirmanşah əyalətinin Sərpol Zəhab rayonunun İraqla sərhəd bölgəsində üç nəfər minaya düşüb.
Bu haqda yerli media məlumat yayıb.
İran-İraq müharibəsi dövründən qalan minanın partlaması nəticəsində üç nəfər yaralanıb.
Qeyd edək ki, hər il İraqla sərhəd Qərbi Azərbaycan, Kürdüstan, Kirmanşah, İlam və Xuzistan əyalətlərində müharibə dövründən qalan mina partlayışları nəticəsində ortalama 60 nəfər həlak olur və yaralanır.
visiontv.az